Qarlı havada sürücülər bunlara diqqət etməlidir - AŞAĞI SÜRƏT VƏ...

 09:51 19.01.2021     1480

Bildiyimi kimi, Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan başlayaraq 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara və qara keçəcəyi gözlənilir.

Qış mövsümü ilə əlaqədar hər bir sahədə insanlar müəyyən tədarüklərini görürlər. Qarlı və şaxtalı havanın təsirsiz ötüşmədiyi şəxlər sırasında avtomobil sürücüləri də var. Qarın nəticəsində yollarda meydana gələn buz və palçıqlı yollarda təhlükəsiz hərəkəti təmin etmək üçün avtomobillərin texniki baxımdan işlək vəziyyətdə olması vacibdir.

Buzlu yollarda baş verəcək sürüşmələrin qarşısını almaq məqsədilə daha yeni, dözümlü təkərlərə keçilməlidir. Həmçinin, şüşə silən rezinlər də dəyişdirilməlidir. 

Eyni zamanda sürücülər sürət həddini minumum seçməli, avtomobillərlə ara məsafəsi maksimum saxlanılmalıdır. Avtomobilin hərəkəti və dayandırılması sürətlər qutusunun hesabına aparılmalıdır. Hava şəraiti ilə əlaqədar yolda sürüşmə yarandığı təqdirdə yol-nəqliyyat hadisəsi baş verərsə, bu, qəzanı törədən sürücünü məsuliyyətdən azad etmir. Həmçinin, qarlı havada da piyadalar nəzərdə tutulan keçidlərdən istifadə etməlidirlər. 

Şəfəq Samed \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən