Bakıda soyuq hava neçə gün davam edəcək? - QAR YAĞACAQ

 11:51 19.01.2021     1077

“Dünən axşam saatlarından ölkə ərazisində hava şəraiti dəyişib. Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi ərazilərdə qar müşahidə olunur”.

Bu sözləri Redaktor.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, belə hava şəraitinin yanvarın 21-nə qədər davam edəcəyi gözlənilir:

“Bakıda və Abşeron yarımadasında bu gün axşamdan başlayaraq 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara və qara keçəcəyi gözlənilir. Yanvarın 20-si axşamdan 21-i gündüzədək çovğun olacağı, 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimal olunur. Lakin 21-i axşam saatlarından yağıntının nisbətən azalacağı, 22-dən etibarən isə havanın yağmursuz keçəcəyi gözlənilir”.

Kür çayı daşa bilərmi?

Mahir Xəttab \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən