"Bəzi media qurumları adımdan sözlər uydurur və..." - SİYAVUŞ NOVRUZOV

 11:09 20.01.2021     1324

“Hər zaman doğruları dediyim üçün bəzi media qurumları və nümayəndələri mənə qarşı qərəzli davranıb, fikirlərimi konteksdən çıxarırlar”.

Bu sözləri Redaktor.az-a millət vəkili Siyavuş Novruzov deyib.

“Hər zaman mediaya açıq olub, cəmiyyətin problemlərini işıqlandırmağa çalışmışam. Lakin bəziləri fikirlərimi fərqli formada çatdırır. Xüsusilə, elə media qurumları var ki, özündən sözlər uydurub, xəbər hazırlayırlar. Mənim doğruları, həqiqətələri deməyim onlara sərf eləmir. Buna görə də, onlar dediyimi yox, demədiyimi yazırlar”, - deyə S.Novruzov bildirib.

Mahir Xəttab \ Redaktor.az