Qarlı havada bölgələrdə qaz yoxdur - "Azəriqaz"-dan AÇIQLAMA

 11:18 21.01.2021     1161

Dünən axşam saatlarından etibarən ölkənin bir sıra şəhər və rayonlarında təbii qazın verilməsində problemlər yaşanır.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən "Azəriqaz" İB-nin Mətbuat katibi Ceyhun Səfər ümumi qaz şəbəkəsində artıq yüklənmələr səbəbindən müəyyən çətinliklərin yarandığını bildirib:

“Lakin artıq problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Yaxın saatlarda qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək. Ümumilikdə isə qısa müddətdə ölkə üzrə qaz təchizatında yaşanan bütün problemlər aradan qaldırılacaq və abonetlərimiz tam yüksək səviyyədə təbii qazdan istifdə edəcəklər”.

Mahir Xəttab \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən