Çin vaksininin keyfiyyəti aşağıdır? - EKSPERT RƏYİ

 13:41 22.01.2021     1313

Sosial şəbəkələrdə Azərbaycanda koronavirusa qarşı Çin vaksinindən istifadə olunması ən çox müzakirə edilən məsələlərdəndir. Bir çoxları Çin vaksinlərinin Avropa və ABŞ istehsalı olan vaksinlərdən keyfiyətcə aşağı olduğunu iddia edirlər.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən infeksionist Vüqar Cavadzadə Çin istehsalı vaksinin daha etibarlı olduğunu bildirib:

“Çin bu sahədə Avropa və ABŞ-dan daha təcrübəlidir. Çünki xəstəlik ilk dəfə Çində başladı və demək olar ki, bunun qarşısını ala bildilər. Həmçinin, orada bu sahədə daha çox elmi-tədqiqat işləri aparılır və daha çox nailiyyət əldə edilir. Çin vaksininin üstün cəhətlərindən biri də onun inaktiv olmasıdır. Yəni virusu tamamilə öldürür və immunitet formalaşdıra bilir. Çin vaksini tam təhlükəsizdir və bu vaksini uşaqlara, hamilə qadınlara da tətbiq etmək olar”.

Həkimin sözlərinə görə, ölkəmizin Çin vaksini almasının digər səbəbi qardaş Türkiyənin bu vaksini almasıdır:

“Türkiyə bu vaksini istifadə etməmişdən qabaq laboratoriyada yoxlayıb və müsbət qiymətləndirilib. Vaksinlə bağlı bu müsbət rəy olduğu və qardaş ölkə vasitəsilə Çindən ölkəmizə gətirildiyi üçün hesab edirəm ki, Çin vaksinini istifadə etməklə heç nə itirmirik. Əksinə bu vaksin daha güvənli və effektivdir”.

Mahir Xəttab \ Redaktor.az