Azərbaycanda yenidə sərt karantin: Vəziyyət dəyişə bilər? - AÇIQLAMA

 10:15 26.01.2021     1361

Azərbaycanda xüsusi karantin rejimində bir sıra yumşaldılmalar edilib. Fevral ayının 1-dən isə daha bir neçə sahələrdə yumşalmalar olacaq.

Bildiyimiz kimi, bundan əvvəl də karantin rejimində müəyyən yumşaldılmalara getmişdik və ondan sonra yoluxma sayı kəskin şəkildə artdı.

Maraqlıdır, indiki yumşaldılmadan sonra eyni hal təkrarlana bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən professor Adil Qeybulla indiki vəziyyətin əvvəlkindən fərqli olduğunu bildirib:

“Nəzərə almaq lazımdır ki, indi ölkədə vaksinasiya gedir. Həmçinin, yoluxma sayında enmə müşahidə edilir. Düzdür, vaksinasiyanın nəticələri dərhal deyil, təxminən bir ay yarımdan sonra bilinəcək, amma hər bir halda bu, mühüm hadisədir. Artıq Abşeron yarımadasında xeyli insan virusa yoluxub sağaldığı üçün kütləvi immunitetin yaranmasına yaxınlaşırıq. Bu mənada, artıq kəskin artım gözlənilmir. Hesab edirəm ki, yavaş-yavaş yumşaldılmaya getmək doğru qərardır”.

Mahir Xəttab \ Redaktor.az