Bu ərazilərin topoqrafik xəritələri hazırlanır

“Hazırda işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın layihələndirmə ehtiyaclarının təmin olunması üçün topoqrafik xəritələrin hazırlanması işlərinə başlanılıb”.
Redaktor.az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.
Onun sözlərinə görə, ilkin olaraq Şuşa şəhərində hazırlanmış topoqrafik xəritələr istifadə üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib. //Report