Dağılan evlərin bərpasına başlanılıb - ERMƏNİ TERORU / FOTO
Vətən müharibəsi zamanı düşmənin Gəncədə mülki insanları hədəf alan raket hücumları nəticəsində dağılmış evlərin bərpasına start verilib.
Redaktor.az-ın məlumatına görə, ilkin olaraq işlər şəhərin Samir Xasıyev küçəsində aparılır. Hazırda ərazidə qazıntı-söküntü işləri görülür.
İlkin olaraq 24 fərdi yaşayış evinin və bir neçə çoxmənzilli yaşayış binasının yenidən tikilməsi, 1598 təmir və bərpa kateqoriyasına aid olan evin təmiri nəzərdə tutulur.
//Oxu.az












