Bu rayonlarda su kəsiləcək

 18:05 26.01.2021     497

Ceyranbatan-Binəqədi magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar sabah Abşeron, eləcə də Bakının Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Vumart və Güvən reklamı Vumart Güvən