Türkiyədən ölkəmizə psixoterapevtlər gəlib - FHN

 13:14 28.01.2021     362

Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə ölkəmizə gəlmiş türkiyəli psixoterapevtlər Vətən müharibəsindən sonra mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoloji reabilitasiyasına başlayıblar.

 Bu barədə Redaktor.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yanvar ayının 22-dən etibarən FHN-in “112” qaynar telefon xətti vasitəsilə mütəxəssislərin qəbuluna yazılmış 100-ə yaxın Vətən muharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü, erməni terrorundan zərər görmüş insana psixoterapevtik yardım göstərilib.

Xatırladaq ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.