Daha hansı sahlərdə qiymət artımı gözlənilir? - AÇIQLAMA
“Şübhəsiz ki, yanacağın ardınca içməli suyun bahalaşması digər sahələrdə də qiymət artımının olacağından xəbər verir”.
Bu sözləri Redaktor.az-a iqtisadçı Samir Əliyev deyib. O bildirib ki, elektrik enerjisinin, qazın qiymətinin bahalaşması artıq zaman məsələsidir:
“Son baş verən qiymət artımı təkcə gündəlik istehlak mallarını yox, həmçinin qiymətləri dövlət tərəfindən tənzimlənən digər mal və xidmətlərin bahalaşmasını da şərtləndirəcək. Çünki proses zəncirvaridir və bu, əvvəlcədən gözlənilən idi”.
Mahir Xəttab \ Redaktor.az












