BNA qanunsuz olaraq sürücüləri cərimələyir? - VƏTƏNDAŞ ŞİKAYƏTİ...

 15:41 01.02.2021     534

“Bura Səbail rayonu T. Əliyarbəyov və Ə. Əlizadə küçələrinin kəsişdiyi yerdir. İllərdır, bir necə yerdə ödənişlər müəyyən olunanadək dayanacaqların pulsuz olması barədə lövhələr asılıb. Amma 10-15 metrdən bir vəsiqəsiz xidmətçi qoyublar, onlar da hər avtomobil saxlayandan 5 manat pul tələb edir”.

Redaktor.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə Dəyanət Osmanlı adlı şəxs yazıb. O, BNA-nın qanunsuz şəkildə pul yığmaqda ittiham edib:

“Hamıya məlumdur ki, ödəniş qəbzi də verilmir. Pul verməyənləri və ikinci sırada saxlayanları BNA nümayəndələri cərimələyir”.

Sözügedən şikayətlə bağlı saytımıza açıqlama verən BNA-nın Mətbuat katibi  Mais Ağayev bildirib ki, "pul verməyən sürücülərin cərimələnməsi üçün BNA əməkdaşları əraziyə çağırılır" kimi fikirlərin heç bir əsası yoxdur və həqiqəti əks etdirmir:

“Ərazidə parklanma nişanı və bu nişanın altında məlumat lövhəsi varsa, sürücü həmin lövhədə göstərilən qaydada avtomobilini park edə bilər. Bunun üçün də kimlərəsə ödəniş etməsinə ehtiyac yoxdur. Biz dəfələrlə bu barədə KİV vasitəsilə açıqlama vermişik. Mövqeyimiz dəyişməzdir". 

Açıklama yok.

Açıklama yok.

Mahir Xəttab \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən