“YAŞAT” Fonduna toplanan vəsait 28 milyon manatı ötüb
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 28 milyon manatı ötüb.
Redaktor.az-ın xəbərinə görə, Fonda toplanan vəsait 28 047 364.62 manatdır. Həmin vəsaitdən 16,434,136.55 manatı fiziki şəxslər, 11,613,228.07 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.
Fonda daxil olan vəsaitin 2,403,868.12 manatı xərclənib. Vəsaitin qalığı isə 25,643,496.5 manatdır.
Qeyd edək ki, “YAŞAT Fondu” Prezident İlham Əliyevin dekabrın 8-də imzaladığı fərman əsasında yaradılıb.












