Rayonlarda vaksinasiya nə vaxt başlayacaq? - RƏSMİ AÇIQLAMA

 17:16 02.02.2021     549

Bildiyimiz kimi, yanvarın 18-dən Azərbaycanda koronavirus əleyhinə vaksinasiyaya başlanılıb.

Bəs rayonlarda vaksinasiya prosesi necə gedir, vətəndaşların peyvənd olunmasına başlanılıbmı?

Məsələ ilə bağlı Redaktor.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, bölgələrdə peyvəndləmə vaksinasiya strategiyasına uyğun olaraq aparılır:

"İlkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyətin peyvəndlənməsi nəzərdə tutulub.  Digər vətəndaşların vaksinasiyası ilə bağlı tarix aidiyyatı orqanlar tərəfindən açıqlanacaq”.

Mahir Xəttab / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən