Badamdarda sürüşmə: Vaxtında tədbir görülməyib... - VİDEO

 17:31 02.02.2021     838

28 yanvar 2021-ci il tarixində saat 21:05-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, hadisə nəticəsində yaxınlıqdaki evlərə və obyektlərə ciddi ziyan dəyib. Ziyan görmüş restoranlardan birinin əməkdaşı Musa Məlikov saytımıza açıqlamasında sürüşmə zamanı obyektə ciddi ziyan dəydiyini bildirib:

“Artıq 4 ildir təhlükəli vəziyyət idi, amma heç bir aidiyyəti qurum tədbir görmürdü. İndi sürüşmə baş verdi, yenə də heç kim gəlib bizimlə maraqlanmır. Arada bir iki nəfər gəlir sürüşmə zonasına baxıb gedir, amma heç bir nəticə yoxdur. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, lakin bizə dəqiq bir söz demirlər. Hansı quruma müraciət edirsən o da başqa quruma yönləndirir. Burdan ölkə başçısına səslənib xahiş edirik ki, bu məsələnin həll olunmasında bizə kömək etsin”.

M.Məlikov hadisə zamanı xəsarət alanların olmadığını bildirib.

Qeyd edək ki, bir müddət öncə Badamdar qəsəbəsində daha bir neçə dəfə sürüşmə qeydə alınıb. Sakinlər saytımıza məsələ ilə bağlı şikayətlərində aidiyyəti qurumlarınların vəziyyətlə maraqlanmadığını bildirmişdi.

Daha ətraflı videodan izləyin:

Vumart və Güvən reklamı Vumart Güvən