Qazi yüksək texnologiyalı protezlə təmin olunub

 19:11 03.02.2021     449

Zəfərimizin qəhrəmanlarından biri olan İslamov Qurbanəli Məzahir oğlunun da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlə təmin edilməsi üçün işlərə başlanıb.

Redaktor.az-ın məlumatına görə, Vətən müharibəsində ağır yaralanaraq sol ayağını itirmiş Məzahir yaxın günlərdə həmin protezlə təmin olunacaq.

Bu məqsədlə nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazimizin ilkin müayinəsi aparılıb. 

Ona protezləşməyə hazırlaşması üçün lazımi təlimatlar verilib.

Vumart və Güvən reklamı Vumart Güvən