Azərbaycanda sərt karantinlə bağlı VACİB XƏBƏR - MAY AYINA QƏDƏR...

 14:15 05.02.2021     838

Azərbaycanda gündəlik yoluxmaların və ölənlərin sayında azalma dinamikası davam edir. Belə ki, yanvarın 4-də 152 nəfər yoluxub, 3 nəfər isə ölüb. Yoluxanların sayındakı mövcud azalma dinamikasının davam etməsi müxtəlif iddiaları ortaya çıxarır. Belə ki, bu gün səsləndirilən fikirlərdən biri də may ayına qədər Azərbaycanda karantin rejiminin ləğv edilməsidir.

Redaktor.az xəbər verir ki, bununla bağlı dosent Ədalət Rüstəm bildirib ki, gündəlik yoluxanların sayındakı azalma bir daha sübut edir ki, vətəndaşlar Operativ Qərargah tərəfindən qoyulan qaydalara əməl edirlər:

"Düzdür, yaz-yay aylarında koronavirusun üçüncü dalğasının olacağı ilə bağlı fikirlər səsləndirənlər də var. Amma düşünürəm ki, yaz-yay aylarında Azərbaycanda koronavirusun üçüncü dalğası gözlənilmir.

Çünki yanvarın 18-dən vaksinasiya başlayıb. İnsanlar da artıq karantin qaydalarına əməl edir və istər qapalı məkanlarda, istərsə də açıq havada maskadan istifadə edirlər. Ona görə də yoluxma sayının yenidən artması inandırıcı deyil. Düşünürəm ki, biz yay aylarında artıq normal həyatımıza geri qayıdacağıq. Düzdür, koronavirus heç bir zaman bitməyəcək, çünki bu, daim davam edən xəstəlikdir. Lakin gündəlik yoluxma da əvvəlki kimi deyil, 3-5 arası olacaq. Ona görə də düşünürəm ki, artıq may və iyun aylarında qaydalar saxlanılmaqla karantin rejimi ləğv ediləcək və normal həyatımıza qayıda biləcəyik". //Sonxeber.az

Hamilə qadınlar koronavirusa yoluxmur? - HƏKİM MƏSLƏHƏTİ

 13:45 05.02.2021     3317

Hamiləlikdə COVID-19 infeksiyasının törətdiyi fəsadlar haqqında geniş məlumat yoxdur. Buna səbəb isə koronavirusa yoluxmuş hamilə qadınların sayının az olmasıdır. Lakin koronavirus ailəsindən olan SARS ve MERS infeksiyalarına yoluxan hamilə qadınların xəstəliyinin ağır keçirdiyini nəzərə alsaq, koronavirusun törədə biləcəyi fəsadlar da istisna edilmir.

Məsələ ilə bağlı Redaktor.az-a danışan tanınmış pediatr Aytən İsmayılzadə bildirib ki, bu infeksiyaya yoluxmuş qadınların körpələrinin 8 faizində nəfəs çatışmazlığı aşkarlanıb:

“ABŞ-ın 2020-ci il iyul ayına qədər olan statistikasına əsasən, 1500 hamilə qadına COVID-19 diaqnozu qoyulub. Onlardan 3000-i xəstəxanaya yerləşdirilib, 150 nəfər intensiv terapiya, 57 nəfərə isə süni tənəffüs aparatı ilə köməklik göstərilib. Bəzi bu infeksiyaya yoluxmuş qadınların körpələrində fərqli bir hal da müşahidə edilib. Belə ki, ilk günlər heç bir problem olmayıb, lakin bir neçə sutka sonra hərarət qalxıb və qəflətən ölüm baş verib”.

Pediatr bir çox alimlərin koronavirusun ciftlə keçmədiyini, ana südün də tapılmadığını qeyd etsə də, bu halın istisna edilmədiyini qeyd edib:

“Dediyim halları nəzərə alaraq hamilələr maksimum koronavirusdan qorunmalı, yoluxduqları halda dərhal nəzarətə götürülməlidirlər. Bütün ehtimallar nəzərə alınmalıdır. İllər sonra da hansısa fəsadlarla qarşılaşmaq olar”.

Nərmin Məcidli / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən