Həbs edilən jurnalist apellyasiya şikayəti verdi - VƏKİLİ NARAZIDIR...

 14:57 05.02.2021     948

Martın 18-də Gəncə Apellasiya Məhkəməsində "Anews.az" saytının bölgə müxbiri Zaur Qənbərovun apellasiya şikayəti üzrə ilk iclası keçiriləcək. 

Redaktor.az xəbər verir ki, bu barədə jurnalistin vəkili Cavad Cavadov məlumat verib. C.Cavadov həmçinin söyləyib ki, məhkəmənin tatixi barədə qərar fevralın 4-də keçirilən hazırlıq iclasında verilib. 

Qeyd edək ki, Z.Qənbərov ötən il oktyabrın 29-da Gədəbəy Rayon Məhkəməsi tərəfindən 3il 6 ay azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin xuliqanlıq etməni nəzərdə tutan  221.3 maddəsi ilə ittiham olunub.

Jurnalistin iddiasına görə, həbs edilməsinin səbəbi Gədəbəy rayonun məmurları haqqında yazdığı araşdırma məqalələridir. 

C.Cavadovun sözlərinə görə hazırlıq iclasında jurnalist Z.Qənbərovun hüquqları pozulub. Belə ki, jurnalist məhkəmə prosesində dəmir qəfəslikdə saxlanılıb və bu İnsan Hüquqları və Avropa Məhkəməsi Konvensiyasının 3-cü maddəsinə ziddir.

"Hazırlıq məhkəməsində biz həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldırdıq. Həmçinin, apellasiya baxışını qismən məhkəmə istintaqı ilə aparılmasını da xahiş etdik. Məhkəmə ekspertizanın təyin edilməsini istəsək də məhkəmə vəsatətlərimizi təmin etmədi", - deyə vəkil əlavə edib. 

Vəkil qeyd edib ki, məhkəmə apellasiya şikayətinə baxışı martın 18-ə deyil, daha yaxın zamana sala bilərdi. O, bunu jurnalistə qarşı qərəzli münasibət kimi dəyərləndirib.

Vumart və Güvən reklamı Vumart Güvən