AQTA və "Rosselxoznadzor" rəsmiləri arasında görüş olub - FOTO

 18:44 05.02.2021     822

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndə heyətləri arasında videokonfrans formatında görüş keçirilib.

Redaktor.az-ın məlumatına görə, görüşdə Rusiya Federasiyasından ölkəmizə idxal olunan taxıl məhsulları və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin "Arqus-Fito" Federal Dövlət İnformasiya Sistemi ilə AQTA-nın Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) inteqrasiyası, çevik məlumatlandırma sisteminin yaradılması, fitosanitar sertifikatların elektron mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Vumart və Güvən reklamı Vumart Güvən