Mərkəz direktoru vəzifəsindən azad edildi - “ASAN xidmət”

 10:42 08.02.2021     1170

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN” xidmət) tabeliyində olan "İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağı-Zadə vəzifəsindən azad edilib.

Redaktor.az-ın məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

T.Tağı-Zadənin işdən çıxması yeni vəzifəyə təyin olunması ilə əlaqədardır.

Qeyd edək ki, 32 yaşlı T.Tağı-Zadə 2018-ci ildən "İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru olub. O, daha əvvəl 2016-cı ildən 2018-ci ilə qədər MMC-nin direktor müavini vəzifəsində çalışıb. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən