SON DƏQİQƏ: Azərbaycanda toylara icazə veriləcək? - MİLLƏT VƏKİLİ
Ölkədə koronavirusun yayılmasına qarşı tətbiq edilmiş karantin sərt rejimi yumşaldılmağa başlayıb. Belə ki, fevralın 1-dən başlayaraq, iqtisadiyyatın ayrı-ayrı sektorlarının fəaliyyətinə mərhələli şəkildə icazələr verilib.
Yumşalmalar davam edərsə, toy mərasimləri də keçirilə bilərmi?
Bu haqda Redaktor.az-a açıqlama verən millət vəkili Azər Badamov bildirib ki, müəyyən olunmuş qaydalara riayət etməklə toy mərasimlərinin fəaliyyətinə mərhələli şəkildə icazələr verilməlidir:
“İnsanlar artıq koronavirus infeksiyasının mövcudluğunu ciddi qəbul ediblər. Demək olar ki, hamı tibbi maskadan istifadə edir. Koronavirusa qarşı peyvəndlənmə aparılır. Bu qaydalara riayət, koronavirusla yanaşı, digər infeksion xəstəliklərin yayılmasının da qarşısını alır. Artıq bir ilə yaxındır ki, toyların və kütləvi mərasimlərin keçirilməsinə qadağa tətbiq olunub. Keçən il az da olsa da toy etmədən ailə həyatı quran gənclərimiz oldu. Lakin bir çox gənclərimiz ailə həyatını qurmaq üçün karantinin bitməsini və icazələrin verilməsini gözləyir. Hesab edirəm ki, yaxın zamanlarda məhdud çərçivədə toy mərasimlərin keçirilməsinə də icazə veriləcək. Lakin hər şey koronavirusun yoluxma dinamikasından asılı olacaq".
Nərmin Məcidli / Redaktor.az












