Pandemiyada tullantı sularının həcmi çoxalıb

 19:39 09.02.2021     348

"Pandemiya dövründə insanlar daha çox sanitariya qaydalarına əməl edirlər. Əllərini tez-tez yuyurlar. Bu da təmiz suyun kifayət qədər çox istifadəsinə gətirib çıxarıb ki, nəticədə kanalizasiyaya axıdılan tullantı sularının həcmi çoxalıb".

Redaktor.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.

O qeyd edib ki, bu isə çirklənmələrin çoxalmasına gətirib çıxaran amillərdir:

“Yaxşı olardı ki, bu sulardan gələcəkdə təkrar istifadə olunsun. Ərazidə yaşıllıqların suvarılması prioritet təşkil etsin. Bu istiqamətdə ETSN və “Azərsu” ASC tərəfindən tədbirlər görülür”.

Vumart və Güvən reklamı Vumart Güvən