"Ağıllı şəhər və kənd" layihəsi nədir? - EKSPERT İZAH EDİR

 12:44 12.02.2021     2189

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da "Ağıllı şəhər və kənd" infrastukturunun qurulmasından danışıb. Dövlət başçısı bildirib ki, “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası işlənməlidir və tətbiq edilməlidir".

Redaktor.az saytına bu konsepsiyadan danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu infrastukturunun  qurulması müxtəlif xarici şirkətlərlə birgə nəzərdə tutulur. Yaponiya, İtaliya, Böyük Britaniya şirkətlərinin bu prosesdə işirakı gözlənilir:

“Düşünürəm ki, aidiyyatı qurumlar, NRYTN, VXSİ Dövlət Agentliyi və digərləri bu sahənin inkişafı ilə əlaqəli konseptual məsələləri tez bir zamanda tamamlamalıdır. Maraqlı tərəflərlə, xarici ekspertləri dəvət etməklə müzakirələr aparılmalı, uğurlu təcrübələrdən istifadə olunmalıdır. Fikrimcə, bu infrastruktur uzunmüddətli "Rəqəmsal Azərbaycan" konsepsiyasının tərkib hissəsi olmaqla yanaşı işğaldan azad olunmuş ərazilərin spesifik xüsusiyyətləri  ilə tamamlanmalıdır.  şğaldan azad olunmuş ərazilərin spesifik xüsusiyyətləri nəzərə alınaraq "Ağıllı şəhər və kənd" layihəsinin icra olunacağı pilot ərazilər,  "Ağıllı" formaya keçiriləcək prioritetlər, İT infrastruktur, toplanacaq dataların tipləri  emal mərkəzləri ilə işlənməlidir”.

                                                                                          

 

Vumart və Güvən reklamı Vumart Güvən