UNEC beynəlxalq reyntinqdə liderdir

 11:10 13.02.2021     319

Avstraliyada yerləşən UniRank reytinq təşkilatı 2021-ci il üçün dünya universitetlərinin reytinqini açıqlayıb. 

Azərbaycan Dövlət İqtisad Universitetdən Redaktor.az-a verilən məlumata görə, UniRank reytinq təşkilatının 200-dən artıq ölkədə rəsmi qeydiyatdan keçmiş 13800-dən çox ali təhsil müəssisəsinin analizi nəticəsində aparılan reytinq sıralmasında UNEC dünya universitetlərinin reytinqində 366-cı yerdə qərarlaşıb.

UniRank reytinq agentliyinin regional reytinq sıralaması olan “Asiyanın 200 ən yaxşı universiteti” sıralmasında Azərbaycandan düşən yeganə universitet olan UNEC regionun 36-cı ən yaxşı universiteti seçilib.

Vumart və Güvən reklamı Vumart Güvən