Bakı metrosunda gediş haqqının artırılması ilə bağlı - RƏSMİ AÇIQLAMA

 12:18 18.02.2021     382

"Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi ilə bağlı Tarif Şurasına hələki müraciət olunmayıb".

Redaktor.az xəbər verir ki, bu haqda "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, "Bakı Metropoliteni"nin fəaliyyətinin bərpa olunması məsələsinə gediş haqqının aidiyyatı yoxdur və bu iddialar əsassızdır.

"Bildiyimiz kimi, metro stansiyaları yeni tipli koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bağlanıb. Doğrudur, hər dəfə metropoliten fəaliyyətini bərpa edəndə eyni mövzular gündəmə gətirilir, bəzi adamlar özlərini ekspert hesab edirlər.  Diqqət elesək, görərik ki, keçən ilin may və sentyabr aylarında metronun fəaliyyəti bərpa ediləndə də eyni söz-söhbətlər gəzirdi", - deyə qurum rəsmisi əlavə edib.

Qeyd edək ki, bir müddətdir ki, sosial şəbəkələrdə “Bakı Metropoliteni” QSC-nin fəaliyyətinin bərpası zamanı gediş haqqlarının artacağı ilə bağlı məlumatlar yayılıb. //Pravda.az