Cinayət törədən yeniyetmələrin sayı artıb - STATİSTİKA

 14:20 18.02.2021     553

Ötən il Azərbaycanda cinayət törətmiş yeniyetmələrin sayı artıb.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,0 faiz, 14-17 yaşda olan uşaqların xüsusi çəkisi isə 2,2 faiz təşkil edib. 2019-cu il ilə müqayisədə cinayət törətmiş qadınların sayı 16,4 faiz azalıb, 14-17 yaşda olan uşaqların sayı isə 0,3 faiz artıb.