Azərbaycanda qızqaçırmaların sayı azalıb

 14:50 18.02.2021     118

Ötən ildə əvvəlki illə müqayisədə qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə cinayətləri 9,5 dəfə azalıb.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, dələduzluqla bağlı cinayətlərin azalması isə 1,4 faiz təşkil edir.

Bundan başqa, əmək mühafizəsi qaydalarını pozma 2,5 dəfə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma 2,4 dəfə, qaçaqmalçılıq 1,9 dəfə, adam oğurluğu 1,8 dəfə (onlardan evlənmək məqsədilə 1,6 dəfə), qanunsuz sahibkarlıq 1,7 dəfə, mənzil toxunulmazlığını pozma 1,6 dəfə, xuliqanlıq 1,6 dəfə, yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə 28,6 faiz, əmlakı qəsdən məhv etmə və ya zədələmə 20,4 faiz, quldurluq 16,9 faiz, mənimsəmə və ya israf etmə 15,6 faiz, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər 14,1 faiz, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə 13,6 faiz, oğurluq 11,8 faiz, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə 10,1 faiz, soyğunçuluq 7,8 faiz, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər 6,5 faiz, dələduzluq 1,4 faiz azalıb.