Gənc atalar üçün seminarlar olacaq

 19:38 19.02.2021     281

“ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması” layihəsi çərçivəsində paytaxt və regionlarda gənc atalar üçün seminarlara start verilir.

Redaktor.az xəbər verir ki, seminarlar aşağıdakı mövzuları rəhbər götürərək məsuliyyətli atalığın əhəmiyyətini öyrənmək üçün birgə müzakirə mühiti yaradacaqdır:

• Gender stereotipləri və sosial normalar;
• Qız və oğlan uşaqlarının fiziki və psixoloji inkişafı;
• Patriarxal norma və inanclar çərçivəsində məsuliyyətli atalıq;
• Ailədəki ata və ananın davranışları və onların uşaqlara təsiri;
• Ailədəki münasibətlərdə cinsi ayrı-seçkiliyin mənfi təsiri.

Seminarlar 5 rayonda aşağıdakı qrafik üzrə həyata keçiriləcəkdir:

Qax – 27-28 Fevral 2021 

Mingəçevir - 1-2 Mart 2021 

Bakı – 16-17 Mart 2021 

Sumqayıt - 10-11 Mart 2021 

Lənkəran - 13-14 Mart 2021 

Qeyd edək ki, “ATAM MƏNİ SEVİR” layihəsinin əsas məqsədi ataların gender bərabərliyi məsələsində rolunu stimullaşdırmaq, məsuliyyətli atalıq konsepsiyasında gender stereotipləri haqqında məlumatlılığı artırmaq və qadınlara və qızlara qarşı zorakılığı aradan qaldırmaqdır.

Ətraflı məlumat : https://cutt.ly/Wk9MNDP  
Qeydiyyat üçün: https://cutt.ly/qkZzeQD 

Qeydiyyat üçün son müraciət tarixi: Qax və Mingəçevir üçün 25 Fevral 2021-ci il; Bakı, Lənkəran və Sumqayıt üçün 7 Mart 2021-ci ildir. 

Vumart və Güvən reklamı Vumart Güvən