Daha bir qazi protezlərlə təmin olunub

 15:25 22.02.2021     461

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatını davam etdirir. 

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, onlardan Əliyev Vasif Şakir oğlu Fizuli uğrunda döyüşlərdə ayağını itirib. O, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinə olunduqdan və protezləşməyə hazırlıq mərhələsindən sonra  yüksək texnologiyalı protezlə təmin edilib.

Bu müasir reabilitasiya vasitələri istifadəçilərə köməkçi vasitələr olmadan ayağa qalxaraq sərbəst hərəkətə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə və s. imkan verir.

https://www.youtube.com/watch?v=-0WYhRYjMvc&feature=youtu.be&ab_channel=Az%C9%99rbaycanRespublikas%C4%B1n%C4%B1n%C6%

Vumart və Güvən reklamı Vumart Güvən