Bakı qara hazırlaşır: Texnika hazır vəziyyətdə gözləyir... - RƏSMİ AÇIQLAMA

 18:57 22.02.2021     448

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli hava şəraitinin sabah axşam saatlarından etibarən kəskin dəyişməsi, qar yağacağı halda ölkə ərazisində yollarda aparılan işlər barədə danışıb.

Redaktor.az-a açıqlamasında A.Nəcəfli bildirib ki,  AAYDA-nın texnikası hava şəraitinin dəyişilməsinə hazırdı. Duz ehtiyatı toplanıb:

"Hər hansı bir problem yaransa aradan qaldırılacaq. Amma bu o demək deyil ki, hər hansı bir yolda problem yaşanmayacaq. Qar yağandan sonra mütləq problem olacaq və bu problemə sürücülərimiz də hazır olmalıdırlar. İdarə etdikləri avtomobillər qış fəslinə hazırlanmalıdır. 

Bakı şəhərində xidmət etdiyimiz yollarda sabahdan etibarən tədbirlər görüləcək. Müəyyən nöqtələr var ki, ora əlavə texnika və  növbətçi işçilər çıxarılacaq".

A.Nəcəfli respublika əhəmiyyətli, küçə və dağ ətəyi yollarda da texnikanın hazır vəziyyətdə olduğunu qeyd edib.

Aysel Hacıyeva / Redakotor.az