Ağstafanın elektrik enerjisi şəbəkəsi yenilənir

 18:10 22.02.2021     93

Ağstafa rayonunun Poylu kəndinin elektrik enerjisi təsərrüfatı yenilənib.

Redaktor.az-ın məlumatına görə, kəndin girişində yerləşən və uzun müddətdir istismar olunan köhnə transformator yenisi ilə əvəz olunub, yeni kabellər çəkilib.

Rayon elektrik enerjisi şəbəkəsinin yenilənməsi işləri bundan sonra da davam edəcək ki, bu da istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdıracaq.

Xatırladaq ki, "Azərişıq" hazırda "Azərişıq Qarabağda" layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi infrastrukturunu yeniləməkdədir. //APA