Pensiya yaş həddində dəyişiklik ediləcək - SON DƏQİQƏ

 13:02 23.02.2021     343

Bu il iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddi yenidən artırılacaq.

Redaktor.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib.

Onun sözlərinə görə, 2017-ci ildən yaş həddinin mərhələli şəkildə artırılması həyata keçirilir. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses tamamlanıb.

Qadınların isə pensiya yaşı 62 yaşdır və hər il 6 ay artırılır. Bu proses də 65 yaşa çatdıqda tamamlanacaq. Bu ilin iyun ayında qadınlar üçün pensiya yaşı yenidən 6 ay artırılacaq”.