Bakının bu rayonunda sakinlər susuz qalıb

 21:34 24.02.2021     2110

Bu gün paytaxtın Səbail rayonunda içməli suyun verilməsində problemlər yaşanır.

Redaktor.az-ın əldə etdiyi məlumata görə, Bayıl və Badamdart qəsəbəsində yerləşən həyət evlərində yaşayan insanlar səhər saatlarından etibarən susuz qalıblar. Buna səbəb isə hava şəraitinin kəskin dəyişməsidir.

Belə ki, şaxtalı hava borularını dondurduğundan, su gəlmir. 

Aysel Hacıyeva / Redaktor.az