İyirmi üç şəhid ailəsi himayəyə götürülüb

 11:30 25.02.2021     278

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin (AHİK) 22 fevral 2021-ci il tarixli qərarı ilə daha 23 şəhid ailəsi himayəyə götürülüb. 

AHİK-dən Redaktor.az-a verilən məlumata görə, bununla da himayəyə götürülmüş şəhid ailələrinin ümumi sayı 139-a çatıb.

Qeyd edək ki, AHİK 2016-cı il aprel və 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində həlak olmuş 23 şəhid ailəsinin 41 azyaşlı övladını himayəyə götürüb. Həmin azyaşlılar 18 yaşına çatanadək hər biri aylıq 150 manatla təmin olunurlar. 

Vumart və Güvən reklamı Vumart Güvən