DİQQƏT! İşıqla bağlı əhaliyə vacib xəbər

 11:35 01.03.2021     691

"İnformasiya sistemində aparılacaq yenidənqurma işləri nəticəsində smart kart ödənişlərində 10 günlük problem yaranacağı haqqında sosial şəbəkələrdə yayılmış və abonentlər arasında çaşqınlıq yaradan məlumatlar doğru deyil və həqiqəti əks etdirmir".

Redaktor.az-ın xəbərinə gərə, bu barədə "Azərişıq" ASC-nin yaydığı məlumatda qeyd edilib.

 "Azərişıq" ASCistehlakçıları belə məlumatlara inanmamağa çağırıb:

“Bütün abonentlərimiz, o cümlədən smart kart istifadəçiləri də, hər zaman ödəniş etdikləri qaydada istədikləri vaxtda və yerdə rahatlıqla ödənişlərini apara bilərlər”.