Bakıda bağçalara qəbul niyə dayandırılıb? - RƏSMİ AÇIQLAMA

 13:11 01.03.2021     1641

Bakıda dövlət uşaq bağçalarına qəbulun dayandırılması ilə bağlı xəbər yayılıb. 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Redaktor.az verilən məlumata görə, ümumlikdə bağçaların fəaliyyəti dayandırılmayıb. 

“Bağça nümayəndələri çalışırlar ki, sıxlığı tənzimləsinlər. Elə bağça var ki, orada uşaq çoxdur, eləsi də var azdır. Masa arxasında daha öncə 4 yer idi, indi 2 yer qoyulub, çarpayılar arasında məsafə çoxaldılıb. Bu addımlar həmin sıxlığı təmzinləmək üçündür. Bu ötəri bir prosesdir, bir müddət keçəndən sonra hər şey normallaşacaq.”

Aysel Hacıyeva / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən