İsrailli həkimlər qazimizə protez göz qoydu - FOTO

 13:38 02.03.2021     1679

Bir neçə gün öncə 44 günlük Vətən müharibəsində ciddi xəsarətlər alan qaziləri  müalicə etmək üçün İsraildən Azərbaycana həkimlər gəliblər.

Redaktor.az-ın məlumatına görə, həkimlər vaxt itirmədən bu gün ilk xəstəni müalicə ediblər. Belə ki, Nuralı Abdullayev müharibə zamanı gözünü itirib və üzü deformasiyaya uğrayıb, bu gün isə o, İsraildən gətirilən protez gözə sahib olub.

Onun kimi onlarla digər azərbaycanlının müalicəsinə başlanılıb. Həkimlər dayanmadan çalışırlar.

Aysel Hacıyeva / Redaktor.az

2