“Azərişıq” və “Azəriqaz”da qiymətlər bahalaşır? - RƏSMİ AÇIQLAMA

 14:58 02.03.2021     1116

Son günlər Azərbaycanda əsas müzakirə mövzusu qiymət artımları ilə bağlıdır.

Redaktor.az xəbər verir ki, sudan istifadəyə görə tariflərin dəyişməsinin və ödənişlərin artırılmasının elektrik enerjisi və mavi yanacağın da qiymətinə təsir edəcəyi barədə fikirlər yaranıb.

Məsələ ilə bağlı Qazet.az-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov bildirib ki, hazırda qiymətdə dəyişiklik yoxdur.

“Azəriqaz” İB tarif tənzimlənməsini həyata keçirmir. Bu işə Tarif Şurası baxır. Məsələ Tarif Şurasının səlahiyyətləri daxilindədir”, - deyə C.Səfərov qeyd edib. //Qazet.az