Bakının Naxçıvanski küçəsinə təbii qaz verilib

 20:19 02.03.2021     491

Nizami rayonu, C.Naxçıvanski küçəsi, 486 ünvanında yaşayan sakinlər od çərşənbəsini təbii qaz almaqla qeyd edirlər.

Redaktor.az-ın verdiyi xəbərə görə, altı aydır qaz çəkilişləri icra olunan yataqxana tipli binada 112 ailə yaşayır.

Artıq qazlaşma işləri tamamlanıb, qaz xətləri çəkilib. Hər bir mənzilə qaz sayğacı quraşdırılıb. //Report