Yas mərasimləri ilə bağlı VACİB AÇIQLAMA - İCAZƏ VERİLƏCƏK...

 16:10 03.03.2021     1007

"İnsanlar arasında virusa yoluxma sayının artığı bir zamanda yas mərasimlərinin keçirilməsinə qoyulan qadağa dini baxımdan da günah sayılmır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında tanınmış din xadimi Hacı Fuad Penahlı bildirib. O qeyd edib ki, belə bir çətin dövürdə qadağaların hamısı insanların sağlamlığı üçün nəzərdə tutulub:

"Biz başa düşməliyik ki, özümüzü  qorumaq üçün qaydalara riayət etməliyik. Mən düşünürəm ki, virus tam olaraq yox olduqdan sonra məscidlər də açılacaq, insanların vəfat etmiş doğmaları üçün keçirtmək istədikləri yas mərasimlərinə də icazə veriləcək”.

 

Redaktor.az KOREYADA: Ən bahalı yeməli həşəratlar - QEYRİ-ADİ İNSANLAR... / FOTO / VİDEO

 15:55 03.03.2021     1563

Bizlər üçün bunlar qeyri-adi sayıla bilər, amma koreyalılar bu məhsullarla qidalanırlar. Onların həyat tərzi, mətbəx mədəniyyəti bizə hər zaman maraqlı olub. Cənubi Koreyanın liman şəhəri İnçxonda yaşayan həmvətənimiz Firuzə Əzizova koreyalıların gündəlik yaşayışı, qidalanmaları barədə danışıb.

Redaktor.az-a danışan F.Əziziva bildirib ki, Cənubi Koreyanın İnha Universitetində doktoranturanı bitirib. Onunla birlikdə şəhərin bazarını gəzmək imkanımız oldu.

Azərbaycanda 1 dəstəsini 15-20 qəpiyə əldə etdiyimiz göyərtinin burda 500 qramını 9 dollara ala bilərsiniz. Sitrus meyvələri isə çox bahadır. Məsələn, mandarin və portağalın kiloqramına görə qiyməti 9-12 dollar arasında dəyişir.

“Koreyalılar ən çox dəniz məhsullarını və donuz ətini sevirlər. Demək olar ki, heç bir yeməkləri bunlar olmadan hazırlanmır. Buna görə də, təbii haldır ki, Azərbaycandan gedən vətəndaşlar üçün normal qida tapmaq çətinləşir. Bizdə olmayan bir çox dəniz məhsullarına Koreya bazarlarında rast gəlmək olar. Satıcılar insanlar məhsulları aldıqda hazırlayıb yemək üçün vaxt itirməsinlər deyə hər şeyi hazır təmizlənmiş, duzlanmış formada təqdim edirlər. Yerli vətəndaşlar ən çox çiy balıq olan ahtapotlarla qidalanırlar. Bu yemək növü "Soşimi" adlanır", - deyə F.Əzizova bildirib.

Həmsöhbətimiz daha bir maraqlı məqama toxunub. Koreya vətəndaşları artıq bir neçə ildir ki, evdən çıxmadan bazarlıqlarını, geyim alış-verişlərini onlayn formada edirlər:

“Gün ərzində gecə saat 12-ə qədər verdiyin sifariş səhər saat 5-də ekoloji cəhətdən təmiz hesab edilən paketlərdə qapında olacaq, aldıqlarının ödənişi də internet vasitəsi ilə həyata keçirilir. Bizlər, yəni xarici vətəndaşlar, tələbələr üçün Koreyada yaşayış çox çətindir. Ərzaqlar həddindən artıq bahadır. Burada ərzaqlar bir neçə növə bölünür - “Eko” ərzaqlar (ən bahalı bunlardır), ən ucuz ərzaqlar isə Çindən gələnlərdir”.

Vətəndaşlarımız bu məhsulları necə ayıra bilirlər? Əgər yerkökü yuyulmuş, təmiz formada satılırsa, deməli bu, Çin məhsuludur, amma çirkli formadadırsa, yerli məhsuldur.

Aysel Hacıyeva / Redaktor.az

222222222222