Bakının avtobus dərdi: "Arxaya sıxlaşın, mehriban olun!" - TARIMA ÇƏKİLƏN ƏSƏBLƏR...

Pandemiya dövründə Bakı metrosu fəaliyyətini dayandırdıqdan sonra paytaxtda sərnişin daşıyan avtobuslarda, əsasən də səhər və axşam insanların işə gedib-gəldiyi saatlarda yaşananlar heç də xoş təəssurat yaratmır.
Redaktor.az-ın məlumatına görə, qeyd etdiyimiz saatlarda avtbuslarda insan çoxluğundan sözün əsil mənasında nəfəs almaq münkünsüzdür. Sürücünün isə hər iki dəqiqədən bir, nəqliyyat vasitəsində yer olmadığı halda sərnişinlərə, “Arxaya sıxlaşın” deməsi isə qıcıq doğurur.
Son günlərdə paytaxtda virusa yoluxanların sayının artdığı bir zamanda avtobuslarda baş verənlər nə dərəcədə doğrudur, bunun qarşısını necə almaq olar? Bu və digər suallara cavab tapmaq üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev ilə əlaqə saxladıq.
“Bəli, bu günlərdə dayanacaqlarda, avtobuslarda sıxlıq müşaidə olunur, xüsusəndə səhər və axşam pik saatlarda bunların şahidi oluruq. Buna baxmayaraq biz mütəmmadi olaraq hər gün avtobuslardakı sıxlıqlarla bağlı məlumat yayırıq. Məsələ bundadır ki, bunlara görə sürücünü günahlandırmaq, avtobus sayının az olmasını dilə gətirmək düzgün yanaşma deyil. Nəyə görə? Bunu da izah edim.
Avtobusların 15-20 dəqiqə gecikmə səbəbi yollarda olan sıxlıqdan irəli gəlir. Nəticədə isə sərnişin daşıyan avtobusların təyinat yerinə gec gedib çatmasına səbəb olur, sıxlıq yaranır. Bu sıxlıqların əsas səbəbkarı yollarda avtobusların sərbəst hərəkət etməsi üçün imkan olmamasıdır. Sürücünün sərnişinlərə arxaya sıxlaşın deməsinə gəldikdə, bəzən olur ki, sərnişin minir və qapının önündə dayanır, buna görə ola bilər ki, sürücü belə müraciət edib. Sərnişinlərin çox olduğu zamanda bu yenə də sürücüyə haqq qazandırmır, mən araşdırıb, problemi həll etməyə çalışacam”.
Mais Ağayev yaşanan problemlərdə metronun işləməməsinin də rolu olduğunu deyib:
“Metro sərnişin daşıma fəaliyyəti göstərmir. Bu yük düşür avtobusların üzərinə. Bu dövürdə texniki baxımdan saz vəziyyətdə olan bütün avtobuslar xəttə çıxarılıb”.
Aysel Hacıyeva / Redaktor.az