Ermənistanda hərbi çevriliş: İrəvan küçələrində tanklar... - NƏ BAŞ VERƏCƏK?

 10:11 05.03.2021     423

Ermənistan müxalifəti Baş Qərərgah rəisi Onik  Qasparyandan İrəvan küçələrinə ordu yeritməyi istəyib. Buan qarşı hakimiyyət də müxalifət lideri Vazgen Manukyana qarşı “hakimiyyəti zorla ələ keçirmə” ittihamı ilə cinayət işi açıb.

Redaktor.az xəbər verir ki, V.Manukyan Baş nazirin ünvanına sərt ifadələr işlədib. O, Nikol Paşinyanı düşman adlandırıb:

"Mənim üçün Nikol Paşinyan düşməndir, əgər düşmən ölkəni işğal edibsə, ona qarşı mübarizənin bütün metodları qanunidir"

V.Manukyan prezident Armen Sarkisyanla görüşdən sonra bildirib ki, 8 marta qədər Onik Qasparyan hələki Baş !ərargah rəisi vəzifəsində qalır.

Erməni mediası yazır ki, Vazgen Manukyan və rəhbərlik etdiyi müxalifət platformasının Onik Qasparyanla danışıqlar aparıb, Baş qərargah rəisindən 8 marta qədər şəhər küçələrinə ordu yeritməyi istədiyi istəyib.

Baş verənləri şərh edən palitoloq  Elxan Şahinoğlu bildirib ki, əgər Ermənistanın Baş !ərərgah rəisi Paşinyanı devirmək istəyirsə, bu klassik hərbi çevriliş ola bilər:

"Ordunu, tankları küçələrə tökməlidir. Hələ ki, bu baş vermir, Nikol Paşinyan mübarizəsini davam etdirir ,tərəfdarlarını mitinqlərə dəvət edir. Bu səbəbdən Ermənistanda hazırda konstusiya böhranı yaşanır, Baş nazir var gücü ilə çalışacaq ki, Baş Gərərgah rəisi Onik Qasparyanı vəzifəsindən uzaqlaşdırsın”.

Aysel Hacıyeva / Redaktor.az