Sənaye Parkının nizamnamə kapitalı artırılıb - SUMQAYIT
İqtisadiyyat Nazirliyinə məxsus Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Azmonbat" MMC-nin nizamnamə kapitalı 1,5 milyon manat və yaxud 37,5 % artırılıb.
Redaktor.az xəbər verir ki, şirkətin kapitalı 4 000 020 manatdan 5 500 020 manata çatdırılıb.
Xatırladaq ki, "Azmonbat" 2018-ci ildə yaradılıb. Şirkət qabaqcıl texnologiyaların tətbiqi ilə qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyasını həyata keçirir.












