Azərbaycanda toylara icazə veriləcək? - QIZIL BAZARINDA CANLANMA
Azərbaycanda qızılın qiyməti aşağı düşüb.
Redaktor.az-ın məlumatına görə, toyların keçirilməsinə icazə verilməsə də, ölkədə qızıl-zinyət-əşyalarına bu gün də tələbat çoxdur.
Xüsusən fevral və mart aylarında bayramlarla əlaqəli olaraq alıcılar arasında canlanma var:
“8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində daha çox alış-satış oldu. Toylar keçirilməsə də qızıl hədiyyə alanlar çoxdur. Ötən aylarla müqayisədə bazarda tələbat artıb", - deyə satıcılar bildirib.
Aysel Hacıyeva / Redaktor.az












