Azərbaycanda 18 xəstəyə böyrək köçürülüb

 17:44 09.03.2021     282

2020-ci ildə 3.6 minə yaxın xəstə dövlət hesabına proqramlı hemodializ seansları və müvafiq  dərman preparatları ilə, 1000-dən artıq böyrək transplantasiyası keçirmiş xəstə isə immunosupressiv preparatlarla tam həcmdə təmin olunub.

Redaktor.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb.

Məlumata əsasən,  2020-ci il ərzində 1.1 min yeni xəstə  proqramlə hemodializ  seanslarına qəbul edilib. 135 nəfər dövlət hesabına böyrək  köçürmə  əməliyyatlarının icra olunması  üçün yüksək maliyyə vəsaiti  tələb edən donor-resipiyent uyğunluğu müayinələrindən keçirilməsi məqsədilə aidiyyəti tibb müəssilərinə göndərilib,  bunlardan uyğun gəlmiş 18  xəstəyə böyrək nəqli əməliyyatı  icra edilib, daha 14 xəstənin əməliyyat vaxtı təyin olunub.

Vumart və Güvən reklamı Vumart Güvən