Qazın limiti artırılıb? - Nazirlər Kabineti açıqladı...

 09:50 11.03.2021     1845

Nazirlər Kabineti (NK) yüksək dağlıq əmsalı tətbiq olunan rayonlara güzəştli qaz limitinin artırılması ilə bağlı təklifə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, hökumət 2020-ci il üzrə hesabatında tarif tənzimlənməsi həyata keçirilərkən gəlirlər təchizatçı subyektlərin yalnız zəruri xərclərini bağlayacaq səviyyədə nəzərə alındığı qeyd edilib.

Bu baxımdan ölkənin hər bir regionunda aşağı tariflə illik istehlak həcminin yüksəldilməsi təchizatçının maliyyə nəticələrinə mənfi təsir etməklə həmin region üzrə xidmətlə bağlı yaranan xərclərin qarşılanması məqsədilə digər regionlarda illik istehlak həcminin azaldılması zərurətini yaradır. Bu da istehlakçılar arasında sosial ədalət prinsiplərinin pozulmasına səbəb olur.

Vumart və Güvən reklamı Vumart Güvən