Marketlərdə qiyməti bahalaşdıran görün kimlərdir... - MİLLƏT VƏKİLİ AÇIQLADI

 14:02 11.03.2021     1822

Xeyli müddətdir ki, marketlərdə ərzaq məhsullarının qiymətində artımla üzləşirik. Bu gündən etibarən isə siqaretin qiymətinin artması cəmiyyətdə müzakirələrə səbəb olub.

Mövzu ilə əlaqəli millət vəkili Fazil Mustafa Redaktor.az-a açıqlama verib. O qeyd edib ki, ərzaq məhsullarının qiymətində artım olması düzgün deyil:

“Əhalilnin gəlirləri, sosial müavinət gərək o dərəcədə yüksək olsun ki, insanları sıxıntıya salmasın. Reallıq isə tam əksini göstərir. Ərzaq məhsullarında, tikinti materiallarında gözə görünməz formada qiyməti artımı var. Bu ayrı-ayrı şəxslərin müəyyən dərəcədə maraqlarına xidmər edir, vətəndaşı düşünmədənaddım atılır”.

Millət vəkili siqaretin qiymətinin artmasına da münasibət bildirib:

“Elə məhsullar var ki, onun qiymət artımı əhalinin büdcəsinə təsir edir. Bunlar zəruri ərzaq məhsulları olanda daha çox diqqət çəkir, amma siqaret, içki kimi məhsullar insan sağlamlığı üçün zərərli olduğundan, cəmiyyətdə o qədər də böyük reaksiya doğrumur. Təbii ki, biz çalışmalıyıq xarici ölkədən itxal olunan bu kimi məhsulları azaldaq, özümüz tütünçülüyü inkişaf etdirək, müəyyən dərəcədə xaricdən asılılığımızı azaldaq. Mən düşünürəm ki, siqaretin qiymətinin artımı bir növ təbliğat məqsədi ilə atılan addımdır, insanlar nə qədər tütün məhsullarından uzaq dursalar, bir o qədər yaxşıdır”.

Aysel Hacıyeva / Redaktor.az