Marketlərdə bahalaşmaya səbəb nədir? - NOVRUZ BAYRAMI, yoxsa...?

 10:29 15.03.2021     1455

Ölkədə ərzaq məhsullarında qiymət artımı müşahidə edilir. Bahalaşma daha çox xaricdən idxal edilən məhsullarda qeydə alınıb.

Bəs bu məhsulları ölkə daxilində istehsal etmək mümkündürmü?

Redaktor.az-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib ki, ilk növbədə keyfiyyətli məhsul istehsalına önəm verilməlidir:

“Biz keyfiyyətli məhsul istehsal etməliyik ki, əhali yerli istehsala üstünlük versin. İnsanlar marketdən Belarusiya, Rusiya istehsalı olan südü alırlarsa, problem bizdədir. 

Kənd təsərrufatında doğru inkişaf getmir. Bazara dayanıqlı, müasir texnalogiyaların tələbatını ödəyə biləcək məhsul çıxaraqmaq lazımdır. Əks halda vətəndaşlar məcburiyyət qarşısında xarici ölkədən gətirilən məhsula üstünlük verir, bu da qiymət artımına səbəb olur".

Vumart və Güvən reklamı Vumart Güvən