Millət vəkili siqaretin bahalaşmasını alqışladı - "SAĞLAM HƏYAT YAŞAYIN"

 11:57 12.03.2021     1133

“Mən özüm siqaretdən istifadə etmirəm və buna qarşıyam, insanları sağlam həyat sürməyə çağırıram.”

Bu fikirləri Azərbaycanda siqaretin qiymətinin qalxması mövzusuna toxunan millət vəkili Azər Badamov Redaktor.az-a açıqlamasında qeyd edib. Deputat tütün məhsullarının qiymətinin artımına müsbət yanaşdığını vurğulayıb:

“İnsanlar bacardıqları qədər siqaretdən istifadə etməməlidirlər. Sağlamlıqlarının qorunması üçün spirtli içkidən, tütündən uzaq dayanmalıdırlar, sağlam həyat tərzi sürmək vacibdir”.

Aysel Hacıyeva / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən