Bakıda sərv ağacları kəsildi - Nazirlik yenilərini əkdi / FOTO

 19:54 12.03.2021     298

Bakının Binəqədi rayonu, Gülməmməd Ramazanov 342 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı altı sərv ağacının kəsildiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub.

Təqsirkarların müəyyən olunması və qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Binəqədi Rayon Polis Şöbəsinə göndərilib.

Kəsilmiş hər ağacın əvəzinə iki ağacın əkilməsi təmin olunub. 

222
Vumart və Güvən reklamı Vumart Güvən